Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Üç şəhid ailəsi üçün kiçik bizneslər yaradıldı – FOTO

134 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxslərinin şəhid və qazilərimizin ailələri ilə görüşləri davam edir. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bu dəfə üç şəhidimizin – Vətən müharibəsinin şəhid qəhrəmanlarından Həsənağa Şirvaninin, Nicat Orucovun və Kamran Hacıyevin ailələrində olub.  

Həmin şəhid ailələrinin sosial vəziyyəti öyrənilib, sosial təminat hüquqları barədə məlumat verilib. Hər üç şəhidin ailə üzvlərindən işsiz olanların məşğulluğunu təmin etmək məqsədilə işlər aparılıb. 

İstəklərinə uyğun olaraq, ailə üzvlərinin bir qismi özünüməşğulluq proqramı ilə əhatə olunub: şəhid Həsənağa Şirvaninin qardaşı fotoxidmət, şəhid Nicat Orucovun anası tekstil məhsulları istehsalı, qardaşı isə çilingərlik sahəsi üzrə özünüməşğulluq proqramına cəlb ediliblər. Qısa müddətdə də aktivlərlə təmin edilərək qeyd olunan fəaliyyət sahələri üzrə kiçik biznes sahələrini yaradıblar.

Şəhid Kamran Hacıyevin anası Sevinc Hüseynova istəyi əsasında ödənişli ictimai işlə təmin olunub, qardaşı isə avtoyuma xidməti üzrə özünüməşğulluq proqramına cəlb edilib. 
 Şəhid ailələrinin yaşayışı bundan sonra da daim diqqətdə saxlanacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678