Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FHN-in rəhbər heyəti Bərdə rayonundadır – FOTO

145 Baxış

FHN-in rəhbər heyəti hazırda Bərdə rayonundadır.

Bu barədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

Bu gün Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Hazırki vəziyyətə görə, nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.

Qeyd olunub ki, hadisə ilə bağlı hazırda Fövqəladə Hallar nazirinin müavinləri, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev Bərdə rayonundadırlar.

Nazir müavinləri raket zərbələrinin hədəfinə gəldiyi obyektlərə baxış keçirib, vətəndaşlarla görüşüb, yaralılara baş çəkiblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678