Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənilərin daha bir yalanı ifşa olundu: Məşhur saytların qərəzi, yoxsa səhvi? – FOTO

123 Baxış

Fransanın “France 24” telekanalının və məşhur “Yahoo.com” saytında guya Xankəndi şəhərinin Azərbaycan Ordusu tərəfindən raket atəşinə tutulması ilə bağlı məlumat dərc olunub.

“Report” xəbər verir ki, hər iki internet resursunda dərc olunan məlumat Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi terror hadisəsi zamanı çəkilən foto ilə birlikdə yayımlanıb.

Belə ki, saxta xəbər yaymaqla kifayətlənməyən saytlar ermənilərin Bərdə şəhərində törətdiyi terror aktından sonra çəkilən fotonu Dağlıq Qarabağda lentə alınmış foto kimi təqdim edib.

Daha sonra azərbaycanlı oxucuların, izləyicilərin çoxsaylı şikayət və etirazlarından sonra hər iki sayt fotonu xəbərdən çıxarıb.

Qeyd edək ki, xəbərdə istifadə olunan şəkil oktyabrın 28-də “Report” İnformasiya Agentliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin Bərdədə törətdiyi qanlı terror zamanı lentə alınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678