Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

MDB ölkələrinin baş qərargah rəisləri Səmərqənddə toplanır

146 Baxış

MDB ölkələri silahlı qüvvələri baş qərargah rəislərinin növbəti iclası bu gün Səmərqənddə (Özbəkistan) keçiriləcək. 

TASS xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Məlumatda iclasın Rusiya Silahlı Qüvvələri baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə baş tutacağı bildirilib. 

Qeyd edilib ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın, həmçinin MDB İcraiyyə Komitəsinin və MDB Müdafiə Nazirləri Şurası Katibliyinin nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.

“MDB-yə üzv dövlətlərin hərbi nümayəndə heyətlərinin rəhbərləri müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq məsələlərini müzakirə edəcək, həmçinin MDB ölkələrinin sərhədləri ətrafında inkişaf edən hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparacaqlar”, – məlumatda bildirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678