Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir: “Macarıstanın “ağıllı kənd” təcrübəsi işğaldan azad edilmiş ərazilərdə istifadə olunacaq”

156 Baxış

“Azərbaycanla Macarıstan ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, görüləcək işlərin planlaşdırılmasını həyata keçirir”.

Oxu.Az xəbər verir ki, bunu mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov deyib. 

O bildirib ki, macarıstanlı həmkarı Peter Siyarto ilə dəmir yolu tikintisi sahəsində macar şirkətlərinin təcrübəsi barədə fikir mübadiləsi aparılıb. 

“İşğaldan azad edilən ərazilərdə böyük kənd təsərrüfatı potensialı var. Nümunəvi bir kəndin Macarıstan təcrübəsi əsasında “ağıllı kənd” konsepsiyası ilə tikilməsi ətrafında müzakirə aparılıb”,- deyə nazir söyləyib. 

Onun sözlərinə görə, aviasiya sahəsində sərnişin daşınması üzrə macar şirkətinin marağı ilə bağlı müzakirə aparılıb və yaxın vaxtlarda bununla bağlı addım atılacaq. 

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678