Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşğaldan azad edilmiş ərazilərimizdə sərhəd zastavaları quruldu – SİYAHI

170 Baxış

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində daha dörd sərhəd zastavası rəsmən fəaliyyətə başlayıb.

Oxu.Az-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirinin məlumatına görə, İranla sərhəddə Soltanlı, Xələfli, Qumlaq və Xudafərin zastavalarında Azərbaycanın dövlət bayrağı qaldırılıb və bu zastavalar xidməti döyüş fəaliyyətinə başlayıb.

İşğaldan azad olunmuş ərazilərdə İranla sərhəd hissəsində 14 sərhəd zastavasından artıq altısı fəaliyyətdədir.

Fərdin İsazadə


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678