Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha bir şəhidin məzarı və məzarının ətrafı abadlaşdırıldı – FOTO

137 Baxış

Aprelin 2-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH BA-nın məsul əməkdaşları şəhidin ailə üzvləri ilə birlikdə Salahov Elvin Sabir oğlunun məzarını ziyarət ediblər.  

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidin xatirəsi sonsuz ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub. 

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirib ki, bu gün ölkəmizdə şəhidlərimizə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir:

“Onların adı, xatirələri əbədiləşdirilir. Şəhid ailələrinə dövlətimizin dəstəyi və yardımı getdikcə daha da artır. Bütün bu işlər, daim genişlənən sosial müdafiə proqramları ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısının təzahürüdür. Bu gün biz əminliklə deyə bilərik ki, şəhid ailələri dövlətimizin qayğısını hər an öz üzərlərində hiss edirlər. Şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, Milli Qəhrəmanların, müharibə əlillərinin və veteranlarının sosial təminatının yaxşılaşdırılması məqsədilə dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu, həmişə belə olacaqdır”.  

Tədbir zamanı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən danışıb.

Ölkə başçısı cənab İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin və şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıldığını vurğulayan RİH başçısı bu siyasətin davamlı xarakter daşıdığını qeyd edib.

RİH başçıları Vuqar Zeynalov və Elşad Həsənov şəhidin məzarının ətrafında aparılan abadlıq işləri ilə tanış olublar. Qeyd olunub ki, şəhidin xatirəsini əbədiləşdirən məzarüstü abidələri inşa olunub, xiyabanın ərazisində olan çatışmazlıqlar  aradan qaldırılıb, məzarın ətrafında abadlıq işləri görülüb, eyni zamanda qəbirstanlığa gedən yola yeni asfalt örtüyü salınıb.  

Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678