Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ANAMA rəsmisi: “Əsas məqsədlərimizdən biri məcburi köçkünlərin təhlükəsiz yerlərə köçürülməsi olub”

116 Baxış

“Son 20 il ərzində biz nəinki Azərbaycanda, eləcə də başqa ölkələrdə minaların təmizlənməsində iştirak edirik”.

Bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədr müavini Samir Poladov Beynəlxalq Mina Təhlükəsi ilə Mübarizə günü ilə əlaqədar brifinqdə deyib.

O bildirib ki, ANAMA Türkiyədə altı əməliyyat aparıb:

“Bir neçə il əvvəl biz Türkiyədə fərqli bölgəsində bir neçə əməliyyat aparmışıq. Məsələn Suriya ilə sərhəddə. Biz Avropa İttifaqının da bir sıra işlərini həyata keçirmişik”.

S.Poladov ANAMA-nın əsas məqsədlərindən birinin məcburi köçkünlərin təhlükəsiz yerlərə köçürülməsi olduğunu bildirib:

“Hazırda da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qruplarımız ən müasir texnikalarla əməliyyatlar aparır. Biz davamlı olaraq bu işdə zəruri olan avadanlıqları almağa davam edəcəyik. Bu fəaliyyətdə əsas çətinlik ərazinin böyüklüyü və partlayıcı sursatların hansı ərazidə aparılması məsələsidir.

Biz hər bir tapıntını diqqətlə çeşidləyirik. Bizim ərazi əməliyyatçıların təcrübəsi bu cəhətdən çox vacibidr. Texniki bacarıqların yüksək olmasına çox önəm veririk”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678