Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aleksey Fenenko: “Koçaryanın Ermənistanda heç bir elektoral dəstəyi yoxdur” – MÜSAHİBƏ

124 Baxış

Bir gün əvvəl Ermənistanda Sevan şəhərində “Vətəni Xilas etmə Hərəkatı” növbəti dəfə mitinq keçirib. Sözügedən struktur keçmiş baş nazir, sabiq müdafiə naziri, “Qarabağ” millətçi komitəsinin həmtəsisçisi və koordinatoru Vazqen Manukyanı hökumət başçısı vəzifəsinə namizəd olaraq irəli sürüb.

“Vətəni Xilas etmə Hərəkatı” mahiyyət etibarilə revanşa, Azərbaycanla yeni müharibəyə çağıran bir strukturdur. Qısa desək, revanşistlərin qarşılarına qoyduqları vəzifələr – Nikol Paşinyanın devrilməsi və qınanması, hakimiyyətin ələ keçirilməsi (hakimiyyətə gəlməsi), noyabr ayında imzalanan Qarabağ bəyannaməsinin etibarsız elan edilməsi, iqtisadiyyatın və ordunun qısa müddətdə bərpasıdır.

Tanınmış rusiyalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert, Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, Moskva Dövlət Universitetinin Dünya Siyasəti Fakültəsi Beynəlxalq Təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko Caliber.Az-a verdiyi müsahibədə yuxarıdakı tezislərin Vazgen Manukyanın hakimiyyətə gəlməsi ssenarisinin “birəbir təsviri” olduğunu bildirib.

“Gəlin sizə onun tərcümeyi-halını xatırlatım. 1996-cı ildə bu adam Ermənistan prezidenti Levon Ter-Petrosyanın “Qarabağı təslim etməsi” bəhanəsi ilə ölkəsində iğtişaşlar təşkil etdi. Levon Ter-Petrosyan 1997-ci ilin sonunda Qarabağla bağlı kompromis razılaşmasına razı olduğu üçün Vazqen Manukyan (1998-ci ilin fevralında) onu faktiki olaraq devirdi. İndi də bu təhlükəli siyasətçinin hakimiyyətə gəlməsi variantını dəqiq təsvir etdiniz”, – deyə Aleksey Fenenko vurğulayıb.

– Bəs Ermənistanın ikinci prezidenti Robert Koçaryan necə? Məgər onun Vazqen Manukyandan daha çox şansı yoxdur?

– Mənə elə gəlir ki, Koçaryan nə olursa-olsun artıq siyasətdən getmiş sayılır. Adətən ayrıldıqdan sonra qayıtmaq son dərəcə çətin olur. Üstəlik, Robert Koçaryan Vazqen Manukyandan daha mülayimdir. Erməni radikalları isə hakimiyyətdə aqressiv siyasətçi istəyirlər.

Robert Koçaryanın problemi onun radikallar üçün həddindən artıq mülayim, Qərblilər üçün Rusiyapərəst, Rusiyapərəst seçicilər üçün isə çox Qərbpərəst sayılmasıdır. Bu, onun əsas problemidir.

– Yeri gəlmişkən, Robert Koçaryan rusiyalı teleaparıcı Vladimir Poznerə verdiyi müsahibəsində Ermənistan ordusunun vəziyyətinin indi revanş barədə düşünməyə imkan vermədiyini deyib…

– Haqlısınız və bu yanaşma Vazqen Manukyanın Qarabağı bu gün olmasa da, sabah “geri qaytarmaq” üçün çağırışından fərqlənir. Ancaq bir daha qeyd etmək istərdim ki, Robert Koçaryanın Ermənistanda heç bir elektoral dəstəyi yoxdur.

– Axı Vazqen Manukyanın da yoxdur?! İctimai rəy anketlərinə görə Nikol Paşinyanın siyasi qüvvəsi erkən parlament seçkilərində qalib gələcək. Əlbəttə, 50 faizi keçməsə də, təxminən 30 faiz səs alacağı dəqiqdir.

– Burada çox şey Ermənistan prezidenti Armen Sarkisyanın mövqeyindən asılıdır. Biz bu fiquru unuduruq, halbuki o siyasi ssenaridə çox vacibdir. Armen Sarkisyan Nikol Paşinyana qarşı oyuna başlayarsa, nəticə Ermənistanın hazırkı baş naziri üçün çox əlverişli olmaya bilər.

Vazqen Manukyanın elektoratına gəldikdə, bu, küçə və aqressiv şəhər marginalıdır. Onlar müharibənin nə olduğunu yaxşı anlamırlar, amma böyük məmnuniyyətlə “Müharibə tələb edirik!”, – deyə qışqırmağa hazırdırlar. Manukyan da məhz onlara oynayır.

Ermənistan siyasətinin xüsusiyyətləri ilə bağlı vacib bir məqam da əlavə etmək istərdim. “Qarabağ klanı”nın tam dağılması və parçalanması baş verdi. Əvvəllər bu klan əhəmiyyətli bir qüvvə idi, ancaq keçən payız hadisələrindən sonra onun kiçik qruplara parçalandığını görürük. “Qarabağlılar” heç bir konsolidasiya edilmiş namizəd irəli sürə bilmirlər və bu, Paşinyanın xeyrinədir.

– Yeri gəlmişkən, Vazqen Manukyan “Qarabağ” deyil, daha çox “İrəvan klanı”dır…

– Bəli, amma Manukyan “Qarabağ klanı”ndan incik radikalları özünə çəkməyə və bununla da təşəbbüsü əlində cəmləməyə ümidlidir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678