Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib – VİDEO

118 Baxış

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün Bakı Dövlət Universiteti və Psixologiya Elmi-Tədqiqat İnstitutu əməkdaşlarının “Təşəbbüs” qrupu tərəfindən elmi-praktiki seminar keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, seminarın əsas məqsədi dinləyicilərin hərbi psixologiya sahəsində ixtisas hazırlığının təkmilləşdirilməsi, psixoloji işə dair yeni üsul və vasitələrin düzgün tətbiqi qaydalarının aşılanması, həmçinin onların peşəkarlıq səviyyəsinin yüksəldilməsindən ibarət olub.

Seminar zamanı müxtəlif mövzularda müzakirələr təşkil edilib, hərbi qulluqçuların psixoloji vəziyyətinin qiymətləndirilməsi və hərbi kollektivlərdə sosial-psixoloji, o cümlədən müharibədən sonrakı psixoloji proseslərin öyrənilməsi mövzularında mühazirələr oxunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678