Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyəli ekspert Vətən müharibəsi və Qarabağ zəfərindən kitab hazırlayır

152 Baxış

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı məşhur təhlükəsizlik eksperti Abdullah Ağarı qəbul edib.

Bu barədə Cahit Bağçı “Twitter” hesabında yazıb.

“Səhər qəhvəmizi Abdullah Ağar bəylə içdik. Vətən müharibəsini və şanlı Qarabağ zəfərini qəhrəmanların dilindən kitab halına saldıqlarını söylədi. Müəllifin təcrübəsi və təhlilləri ilə tarixə şahidliyin qiymətli bir nümunəsi olacağına inanıram”, – deyə C.Bağçı bildirib.

Abdullah Ağar isə öz növbəsində sözügedən kitab barədə qeyd edib:
“Qəhrəman qardaşlarımızın şanına yaraşan bir əməklə bütün dünyaya qəhrəmanlıqlarını ən gözəl şəkildə anlatmağa çalışacağıq”.

Sabah kahvemizi Abdullah Ağar beyle içtik.2.Vatan Muharebesini ve şanlı Karabağ Zaferini kahramanların dilinden kitaplaştırdığını söyledi.Saha tecrübesi ve analizleri ile tarihe tanıklığın kıymetli bir belgesi olacağına inanıyorum.
Verimli bir hasbihaldi vesselam.@abdullahagar2 pic.twitter.com/bHRR55CRYb

— Cahit Bağcı (@CahitBagci) May 18, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678