Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azad olunan ərazilərimizdə erməni vandallığı Pakistan mediasında

141 Baxış

Soydaşlarımızın təşəbbüsü ilə Pakistanın http://thefortress.com.pk saytında “Ermənistanın milli və bəşəri dəyərlərə vandallığı” sərlövhəli məqalə dərc olunub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, məqalədə işğaldan azad edilən Azərbaycan ərazilərində ermənilərin törətdiyi vandallıq və insanlığa sığmayan vəhşiliklərə diqqət çəkilib. Qeyd edilib ki, Ermənistan təxminən bu 30 il ərzində işğalda saxladığı Azərbaycan ərazilərində məscidləri, müqəddəs ocaqları təhqir edib, tarixi və mədəni abidələri dağıdıblar:

“Ermənistanın, xüsusən müqəddəs yerləri, məcsidləri və ziyarətgahları dağıtması, təhqir etməsi islam aləmi ilə yanaşı, bütün dünya dəyərlərinə qarşı edilmiş barbarlığın təzahürüdür”.

Məqalədə vurğulanıb ki:

“Tezliklə Pakistan şirkətləri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə qoşulacaqlar. Bu haqda Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee məlumat verib”.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

http://thefortress.com.pk/armenias-vandalism-on-national-and-universal-values/


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678