Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsinin 20 yaşlı şəhidi Rəvan Əliyev adına bulaq inşa edildi – FOTO

160 Baxış

Vətən müharibəsi şəhidi Rəvan Əliyevin xatirəsinə bulaq inşa edilib.

Oxu.Az xəbər verir ki, Əliyev Rəvan Yusif oğlu 2001- ci ildə Sumqayıt şəhərində anadan olub.

Uşaqlıq illəri Qubada keçən R.Əliyev 2007-ci ildə orada yerləşən rus məktəbinə gedib. 2016-cı ildə Bakı İdarəetmə və Texnologiya Kollecinə daxil olub.

R.Əliyev 2019-cu ilin iyun ayında Yevlaxda həqiqi hərbi xidmətdə olub. Ötən il 44 günlük Vətən müharibəsinə könüllü olaraq gedib və Ağdam, Cəbrayıl rayonlarının işğaldan azad olunmasında qəhrəmancasına döyüşüb.

Son olaraq Zəngilanan işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak edən R.Əliyev ötən ilin 22 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb.

Dövlət Sərhəd Qoşunlarında (DSX) xidmət edən Rəvan Əliyev silah yoldaşları arasında ilk yeddi şəhiddən biri olub.

Döyüşlərdə göstərdiyi şücaətə görə, Zəngilanda postlardan birinə şəhid Rəvan Əliyevin adı verilib. Eləcə də şəhidin adının əbədiləşdirilməsi məqsədilə Quba şəhərində mərkəzi küçələrdən biri Rəvan Əliyevin adını daşıyır.

Şəhid Rəvan Əliyev oktaybrın 29-da Quba şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Əliyev Rəvan Yusif oğlu ölümündən sonra “Zəngilanın azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678