Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Makron: “Fransa Ermənistanla Azərbaycan arasında sülhü bərpa etmək üçün çalışacaq”

157 Baxış

Fransa Ermənistanla Azərbaycan arasında sülhün bərpası və danışıqların inkişafı üçün səy göstərəcək.

TASS xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşiyanla Parisdə görüşü zamanı deyib.

“Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq Rusiya və ABŞ-la birgə tərəflər arasında de-eskalasiyaya nail olmaq və o cümlədən birbaşa dialoqu bərpa etmək üçün əlindən gələn hər şeyi etmək niyyətindədir”, – deyə Fransa lideri bildirib.

O qeyd edib ki, sərhəddə bu yaxınlarda baş verən hadisə ilə əlaqədar olaraq, delimitasiyası güc tətbiq etmədən, yalnız danışıqlar yolu ilə həyata keçirilməlidir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678