Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrəvanda hərbçilərin cəzədlərinin gizlədilməsinə görə etiraz aksiyası keçirilib – FOTO/VİDEO

131 Baxış

İrəvanda etirazlar səngimək bilmir.

Bu dəfə Səhiyyə Nazirliyinin binası qarşısında aksiyası keçirilib.

Yerli KİV-də yayılan məlumatlara görə, əsasən “Daşnaksutyun” partiyasının gənclər təşkilatı üzvlərindən ibarət olan bir qrup şəxs səhiyyə naziri vəzifəsini icra edən Anait Avanesyanın istefasını tələb ediblər.

Etirazçılardan biri bəyan edib ki, əgər onlarda bir az da olsa, insanlıq qalıbsa, Avanesyan istefa verməlidir.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrin erməni seqmentində ölkədəki morqların birində Qarabağ döyüşlərində ölən hərbçilərin meyitlərinin plastik kisələrdə saxlanıldığını əks etdirən görüntülər yayılıb. Heç bir dondurucu vasitələr olmadan nizamsız şəkildə üst-üstə qalanan cəsədlərin bu istidə getdikcə çürüdüyü bildirilib.

Sözügedən görüntülərin yayılmasından sonra səhiyyə nazirinin istefası tələbilə aksiya keçirilib. Etirazçılar nazirliyin binası önünə plastik kisələr atıblar.

Məhz bundan sonra aksiya iştirakçılarından dörd nəfəri polis tərəfindən saxlanılıb.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678