Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsinin qazi həkimi döyüşlərdə iştirakından DANIŞDI – FOTO

144 Baxış

44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu.
Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2904 hərbi qulluqçusu şəhid olub. Onların sırasında 10 hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 

44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı üçün genişmiqyaslı tədbirlər həyata keçirilir.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu” (“YAŞAT” Fondu) tərəfindən də qazilərin müayinə və müalicə xərcləri qarşılanır.

Həmin şəxslərdən biri Vətən müharibəsində yaralanan qazi, tibb xidməti baş leytenantı Kərimli Məhəmməd Mehman oğludur.

O, döyüşlər zamanı aldığı xəsarət və müalicəsi barədə Oxu.Az-a danışıb.

Qazimiz 1992-ci il Qəbələ rayonunda anadan olub:

“Mən 2015-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişəm və orduda həkim kimi fəaliyyətə başlamışam. Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətlərdə gedən döyüşlərdə də iştirak etmişəm. Mən döyüşdən əvvəldə ön xətdə xidmət edirdim.

Döyüşlər başlayan andan ilk sırada birbaşa ön xətdə yaralılara yardım göstərib, təxliyə ilə məşğul olmuşam. Ötən ilin oktyabrın 26-da Xocavənddən yaralıları döyüşdən çıxaranda maşınla minaya düşdük. Həmin maşındakı dörd nəfər şəhid oldu, mən və bir yaralı əsgər sağ qaldıq”.

Qazi deyir ki, bədəninin yarı hissəsində demək olar ki, yanıq xəsarətləri var:

“Kürək, bel, ayaq, üz, baş nahiyəm və əllərim tam yanmışdı. Eyni zamanda, qol və qarın hissəm də qismən yanmışdı. Həmçinin, birinci bel fəqərəm sındı, sol qolum çıxdı və sağ ayağımı böyük qəlpə kəsmişdi. İki ay Silahlı Qüvvələrin Baş Klinik Hospitalıında, üç ay evdə müalicə aldım. Qismən sağaldım, amma sonradan yaralarım dərinləşməyə başladı.

Daha sonra müalicə xərclərim “YAŞAT” Fondu tərəfindən qarşılandı. Birinci dəfə klinikaların birində dəri köçürmə əməliyyatı etdirildi. Daha sonra yenə də sağalma olmadığı üçün həkimlər Türkiyəyə getməyi məsləhət gördülər və Fond xərcləri qarşıladı. 44 gün də Türkiyədə “İstanbul Bağcılar Eğitim ve Araştırma” tibb müəssisəsində müalicə aldım və qayıtdım”.

M.Kərimli əlavə edib ki, müalicəsi ilə bağlı göstərilən qayğı nəticəsində indi demək olar ki, tam sağalıb:

“Ancaq üz və baş nahiyələrimdə qalan ləkələrə görə kosmetoloji müalicə alıram. Mən hospitalda müalicə alan zaman həkim yoldaşlarımdan çox qayğı gördüm. Oradan çıxandan sonra yenə həkimlər evdə müalicəmi apardılar.

Həkimlərimdən başda Mahir Əliyev olmaqla, çox gözəl qayğı göstərdilər, mənim üstümdə çox əziyyətləri oldu. Sağlamlığım üçün mənə dəstək olan “YAŞAT” Fondu əməkdaşlarına da təşəkkür edirəm”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678