Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zərərçəkmiş: “Ermənilər bir gündə bizə 35 “KamAZ” mişar daşını daşıtdırırdılar”

154 Baxış

“Əsirlikdə olanda ermənilər bir gündə bizə 35 “KamAZ” mişar daşını daşıtdırırdılar”.

“Report”un xəbərinə görə, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında ifadə verən zərərçəkmiş Qərib Vəliyev deyib.

O söyləyib ki, Qarabağda yaşayan və azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin hamısı Azərbaycan dilində danışırdılar:

“Onlar İrəvanda uşaqlarına da Azərbaycan dili kursları keçirdilər”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678