Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müdafiə naziri: “Müharibə vaxtı Paşinyan xalqı aldadırdı”

131 Baxış

“Müharibə gedən zaman mənə zəng edib dedilər ki, Paşinyan öz çıxışında erməni silahlı qüvvələrinin Cəbrayılda olduğunu deyib”.

Bu sözləri “REAL TV”yə müsahibəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Müdafiə naziri bildirib ki, həmin vaxt o, Cəbrayılda olan general Mayis Bərxudarovla danışıb:

“Paşinyanın çıxışı erməni xalqını aldadırdı. Biz hər bir məlumatdan nəticə əldə edirdik. Dərhal göstəriş verdim ki, general M.Bərxudarov Cəbrayılı əhatə edən yüksəkliklərdə mövqelərini gücləndirsin. O mənə məruz elədi ki, düşmənin cəmləşdiyini görürük, hücum gözlənilir. O həm də əlavə etdi ki, hücuma hazırlaşan qüvvə çox azdır. Mən düşündüm ki, bəlkə onlar döyüş kəşfiyyatı aparmaq istəyirlər. M.Bərxudarov dedi ki, mənə nəticə barədə məruzə edəcək. Doğurdan da az bir qüvvə ilə onlar heç hücuma da keçə bilmədilər. Bizim artilleriya onları yerindəcə məhv etdi.

Məncə hərbçilərə tapşırıq vermişdilər ki, nəyin bahasına olur-olsun, gedin, alın Cəbrayılı. Onların da imkanları yox idi deyə, belə bir hücumun imitasiyasını həyata keçirmişdilər. Belə şeylər olurdu, lakin bu məqamların hər birini danışmağa lüzum görmürəm”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678