Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

192 saat əsirlikdə qalan Dürdanənin ürəkdağlayan hekayəsi – VİDEO

148 Baxış

Erməni əsirliyində ağlasığmaz vəhşiliklərə məruz qalan Dürdanə Ağayeva Xocalı soyqırımının dəhşətli məqamlarını danışıb.

Baku TV xəbər verir ki, Xocalı faciəsi zamanı Dürdanə Ağayevanın 19 yaşı olub. 

D.Ağayeva səkkiz gün əsirlikdə həyatının cəhənnəmini yaşayır:

“Fevralın 25-dən 26-na keçən gecə Xocalı hər tərəfdən atəşə tutuldu. Biz ailəmizlə birlikdə qonşu evində sığındıq. Gördük ki, hamı gedir, qalmağımızın mənası yox idi, hamımızı qıracaqdılar. Biz də ailəmizlə birlikdə insanlara qoşulub meşə ilə Ağdam istiqamətində getməyə başladıq. Yolda ermənilərin pusqusuna düşdük. Hamımızı atəşə tutdular. Mən də ayağımdan yaralandım. Meşənin içində hər tərəf meyit idi. Qardaşım Elşadla mən ermənilər tərəfindən əsir götürüldük. Qardaşım da yaralı idi. Bizdən başqa bir neçə ailələr də əsir düşdülər. Bizi Əsgəran polis bölməsinə aid xarabalıq bir binaya gətirib doldurdular. Səkkiz günlük əsirlik həyatımda mənə olmazın işgəncələr verdilər”.

Ətraflı süjeti təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678