Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bizdə nifrət hissi yoxdur”- “AİF” jurnalistinin Qarabağdan reportajı – FOTO

138 Baxış

Bir il əvvəl, 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan sərhədində hər iki ordunun hərbi qulluqçuları arasında geniş miqyaslı müharibə ilə nəticələnən yerli qarşıdurmalar baş verdi. Keçən ilin noyabrında imzalanan müqavilə nəticəsində İrəvan Qarabağın üç rayonunu Bakının nəzarətinə verdi.

“AiF”-in icmalçısı Vladimir Polupanov press-turla bir neçə ay əvvəl hərbi əməliyyatların aparıldığı ərazilərə gedib.

Xatırladım ki, Rusiya sülhməramlıları dinc həyatı qorumaq üçün bölgəyə yerləşiriliblər.

Qarabağın dağıdılmış yolları ilə səyahət etmək elə də xoş deyil. Birincisi, burada darıxdırıcı monoton kənd mənzərəsi var və ərazi tamamilə əhalisizdir. İkincisi, bəzi yerlərdə sadəcə mövcud olmayan dəhşətli yollar var. Yolumuzun çox hissəsini inşa olunan magistral yolla, sözün əsl mənasında yolun tozunu uda-uda getdik. Məşhur Almaniya avtomobil nəhənginin mikroavtobusları bu çöküntülərə və çuxurlara dözə bilməyib sıradan çıxdı. Jurnalist qrupumuzu daşıyan üç maşından axırda yalnız biri “sağ-salamat” Bakıya qayıtdı.

“Zəfər Yolu”u (Əhmədbəyli-Füzuli-Şuşa) boyunca baxışlar zahirən dinc görünən sahələrin minalandığını elan edən afişaların üzərində dayanır. Çox yer dəhşətli ölümcül “sürprizlər”in olduğunu göstərən qırmızı-ağ haşiyəli lentlərlə işarələnib. Yeri gəlmişkən, iyulun əvvəlində Ermənistan hərbi əsirlərin əvəzinə Azərbaycana təhvil verilən rayonlarda basdırılmış 92 min minanın xəritəsini təqdim edib. Ancaq bu sahələrin tamamilə təhlükəsiz olması üçün minatəmizləyənlərə uzun illər tələb edəcək xeyli iş düşür.

Yolumuzun ilk dayanacağı Zəngilan rayonundakı Ağalı kəndinin birinci Qarabağ müharibəsində məhv edilmiş Ağalı-1, Ağalı-2 və Ağalı-3 yaşayış məntəqələrinin yerində inşa edilən bir tikinti sahəsi oldu. 2022-ci ilin yazına qədər inşaatçılar 90-cı illərin əvvəllərində bu əraziləri tərk etmiş köçkünlər üçün 200 ağıllı ev tikəcəklərini (ümumilikdə 390 ailənin burada məskunlaşdırılmasına hazırlaşırlar) vəd edirlər. Onlar üçün mənzil pulsuz olacaq. Qəsəbədə yalnız günəş, külək və suyun köməyi ilə əldə olunan ekoloji cəhətdən təmiz enerjidən istifadə etmək planlaşdırılır. “Nə kömür, nə də digər yanacaq materialları istifadə olunmayacaq”, – deyə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Əkbər Abbasov jurnalistlərə bildirib.

Növbəti dayanacaq Cəbrayıl kəndində (“rayon mərkəzi” – red.) Böyük Vətən müharibəsi zamanı dağıdılan abidənin qarşısında oldu. Düzünü desək, kənddən xarabalıqdan savayı heç nə qalmayıb. Bizi müşayiət edən Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşları abidədə sovet əsgərlərinin qurşun yağdırılmış üzlərinə diqqət çəkdilər. Yəqin ki, bu şəkildə kimsə sadəcə qonşuluqda yaşayan iki xalqın ortaq tarix səhifələrini yaddaşlardan silmək istəyib.

… Azərbaycan tərəfdən sərhəd zastavalarından birinə çatmaq üçün birtəhər dağın üstünə qalxırıq. Yaxınlaşmağımıza icazə vermirlər, 200 metr aralıda dayanırıq. Hərbçilərin dediyinə görə, mətbəxdən duşa qədər bütün şəraiti olan vaqonlar aydın görünür. Bayraq dirəyindən Azərbaycan bayrağı asılıb. 500 metr məsafədə Ermənistan sərhədi və erməni bayrağı ilə eyni sərhəd postu var. “Orada, bu dağ zirvələrinin arxasında, Ermənistanın Qafan şəhəri yerləşir”, – deyə hərbçi bizə izah edir.

Ermənistan sərhədçilərinin jurnalist qardaşımızı durbinlə seyr etdiyini adi gözlə ayırd edə bilirik. Bizi müşayiət edən komandirlərdən birindən soruşuram: “Təxribatlar baş verir?”. “Bir dəfə Ermənistan tərəfindən biri yuxarıya doğru atəş açdı, – o deyir. – Başqa belə bir şey xatırlamıram”.

Burada yerləşdirilən hərbi hissələrdən birində dadlı, hərbi standartlara uyğun nahar yeməyindən (konservləşdirilmiş qoyun əti, qarabaşaq yarması, təzə tərəvəz və göyərti salatı, meyvə kompotu) sonra Şuşaya – Qarabağın ikinci ən böyük yaşayış məntəqəsinə gedirik. Burada da böyük inşaat işləri aparılır. Şəhər dəhşətli vəziyyətdədir. Əslində bizim gəlişimizə qədər məscidin, erməni kilsəsinin və bütün vacib mədəni yerlərin bərpası prosesi, elektrik və su təchizatının yenidən qurulması başlamışdı. Şəhərdə 2 ərzaq mağazası, 2 çörək bişirmə sexi və 2 bankomat var. Şuşada internet yalnız müəyyən yerlərdə, məsələn “Xarıbülbül” adlı dörd ulduzlu hoteldə var.

Bütün məcburi köçkünlərin oxşar hekayələri var: 90-cı illərdə onların evləri İrəvanın nəzarətində olan ərazidə qaldı. Onların çoxu qismən dağıldı, bəzilərindən yalnız divarları qaldı. “Ermənilərə nifrət edirsiniz? – yerli sakinlərdən biri olan Rizvandan soruşuram. “Biz elə bir ölkədə yaşayırıq ki, erməni, rus və ya gürcü olmağınızdan asılı olmayaraq hamı dinc yaşayır. Sovet vaxtında biz çox mehriban yaşayırdıq. Mən məktəbin bastekbol komandasında oynayanda orada yeganə erməni dostum Samvel idi.

Xankəndiyə (Stepanakertin azərbaycanca adı – red.) turnirlərə gedəndə demək olar ki, tamamilə ermənilərdən ibarət komandalarla oynayırdıq. Və aramızda ciddi bir rəqabət vardı, ancaq bu idman idi. 90-cı illərdə hər şey dəyişdi. On illərlə yanaşı yaşayan qonşular düşmənə çevrildilər. Ancaq bu gün ürəyimdə nifrət yoxdur.

Mən 1960-cı ildə anadan olmuşam və 1992-ci ilə qədər Şuşada yaşamışam, – həyat hekayəsini danışan zamanı gözləri nəmlənən Rizvan davam edir. – Evim dağıdıldı. Ancaq pianonumuz hələ də oradadır və hətta bəzi yerləri sıradan çıxan mebellərimiz də qalır. Bizə hələ ora getməyə icazə verilmir, amma mütləq ora qayıdacağam. Düşünürəm ki, yol açılan kimi evlərimizə qayıtmağımıza icazə veriləcək”.

Bakıya gedərkən başqa bir obyektə – Füzuli şəhərində gecə-gündüz işin davam etdiyi gələcək beynəlxalq hava limanına üz tuturuq. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda xanlığının keçmiş vəziri Vaqifin poeziyasına həsr olunmuş festival keçirilməsi barədə göstəriş verib. Yeni hava limanı payızda festivalın qonaqlarını qəbul etməlidir. Baxmayaraq ki, bu hava limanının inşasına yanvar ayında başlanılıb.

Mükəmməl təşkilatçılığa və mənə hər şeyi öz gözlərimlə görmək imkanı yaratdığına görə bu səfəri bizim üçün təşkil edən Xarici İşlər Nazirliyinə və Azərbaycan Prezident Administrasiyasına minnətdarlığımı bildirmək istəyirəm.

Qarabağı gəzdiyim zaman başa düşdüm ki, heç bir müharibədə qalib yoxdur. Hamı itirir. Bu səbəbdən, yoldaşlar, döyüşmək yox, danışıqlar aparmaq daha yaxşıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678