Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zülfiyyə Xanbabayeva: “Biz əmin idik ki, torpaqlarımız bir gün işğaldan azad olunacaq”

122 Baxış

“Şuşa bizim Üzeyir Hacıbəyov, Xan əmi deməkdir. Şuşa Azərbaycan üçün daha nələr-nələr ifadə edir, bunu ifadə etməyə kəlmələr yetməz”.

Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva AzTV-nin efirində yayımlanan “Gün başladı” proqramında qonaq olarkən deyib.

Z.Xanbabayeva bildirib ki, 28 illik həsrət bitdi:

“İllərlə xalqımız Şuşanın həsrətində olub. Şuşamız qanı-canı bahasına şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız sayəsində bizimlədir. Allah ordumuzu qorusun. Şəhidlik zirvəsinə ucalan oğullarımızın analarının qarşısında baş əyirik. Bir gözümüz ağlayır, bir gözümüz gülür. Mən əminəm ki, şəhidlərimizin ruhu şaddır. Biz əmin idik ki, torpaqlarımız bir gün işğaldan azad olunacaq. Azərbaycan ordusunun qazandığı zəfərlərin ard-arda elan edilməsi xalqımıza sözün əsl mənasında xoş hisslər yaşatdı. Qürurluyuq, fəxr edirik”.

Könül Cəfərli 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678