Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“The National Interest”: “Sərhəddə gərginliyi artırmaq Ermənistan üçün risklidir”

152 Baxış

Regiondakı gərginliyi azaldacaq yeganə yol Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyasıdır.

“Report” xəbər verir ki, bu fikirlər ABŞ-ın “The National Interest” nəşrində dərc olunmuş “Sərhəddə gərginliyi artırmaq Ermənistan üçün risklidir” sərlövhəli yazıda yer alır.

Yazıda vurğulanır ki, məlum üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq, Azərbaycanla Ermənistan arasında gərginlik davam edir, son günlərdə isə pik həddə çatıb.

“2020-ci ilin noyabrında hərbi əməliyyatlar dayandırılandan bu yana son həftələr sərhəd boyunca atəşkəsin pozulması nəticəsində bir çox itkilər olub, atışmalar daha əvvəl qarşıdurma olmayan ərazilərə daha çox yayılıb. Bu isə yaxşı heç nə vəd etmir”, – deyə yazıda qeyd olunur.

Yazıda həmçinin göstərilir ki, ötən ilin iyul ayında da Ermənistanın təxribatı ilə sərhəddə baş verən və azı 20 nəfərin ölümünə səbəb olan toqquşmalardan cəmi iki ay sonra hərbi əməliyyatlar başlamışdı: İndiki vəziyyət də dünya liderlərinin məsələyə münasibətini zəruri edir.

Daha sonra yazıda deyilir: “Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə bir parçası olaraq tanınan, amma 30 ilə yaxındır işğal etdikləri Qarabağdakı məğlubiyyətilə hələ də barışmır. Hazırda Baş nazir Nikol Paşinyan çətin vəziyyətdədir. Belə ki, onun Ermənistanda millətçilər üçün başlıca problem olan Qarabağa arxa çevirməsi satqınlıq kimi qəbul ediləcək, müharibəyə əl atması isə dağıdıcı nəticə verəcək. Bunun əvəzində Paşinyan və Ermənistandakı qüvvələr orta məxrəcə gələrək müharibəni başqa vasitələrlə davam edirlər. Sərhəddə kiçik səviyyəli atışmalar gərginliyi qüvvədə saxlayır, erməni xalqının düşmənə qarşı çıxmaq qəzəbi daha çox xaricə yönəldilir. Paşinyan bilir ki, qışda COVID-19 və münaqişə səbəbindən iqtisadi çətinlikləri daha da üzə çıxacaq. Beləcə, baş qatmaq taktikası baş nazir üçün həyati məsələyə çevrilir”.

“Ermənistan Azərbaycanla münasibətlərini və sərhədlərini yenidən sahmana salsa, qazanmış olar”, – deyə yazıda qeyd olunur.

Həmçinin N.Paşinyanın sərhədlər boyu Rusiya hərbçilərini yerləşdirmək xahişinin gərginliyi azaltmaq əvəzinə uzadacağı, münaqişəyə Rusiyanın da cəlb oluna biləcəyini də göstərir: “Suriya, Liviya və Yəmən bunun sonunun necə olacağına dair misaldır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678