Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polad Bülbüloğlu: “Bakı Ankaranın Moskva ilə birgə regiondakı vəziyyətin monitorinqində iştirakını alqışlayır”

126 Baxış

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, müxtəlif şayiələrə və ayrı-ayrı bəyanatlara baxmayaraq, Dağlıq Qarabağa Türkiyə sülhməramlıları yeridilməyəcək.

Bu barədə Polad Bülbüloğlu Rusiyanın RBK telekanalına müsahibəsi zamanı qeyd edib.

“Söhbət Türkiyə sülhməramlılarının, əsgərlərin yeridilməsindən getmir. Söhbət tərəflərin bəyanatın icrasına texniki nəzarətindən gedir” , – deyə səfir bildirib.

Onun sözlərinə görə, Qarabağ ərazisində Türkiyə qoşunlarının olmasına zərurət yoxdur, ancaq Ankara Moskva ilə birlikdə regiondakı vəziyyətin monitorinqində iştirak edərsə, Bakı bundan şad olacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678