Zelenski: Donbasın taleyi bu şəhərdə həll olunur!

12 Baxış
Donbasın taleyi Severodonetsk şəhərində həll olunur.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“105 günlük genişmiqyaslı müharibədə Severodonetsk qarşıdurmanın episentri olaraq qalır. Mövqelərimizi qoruyuruq, düşmənə ağır zərbələr vururuq. Bu, çox qəddar, ağır müharibədir. Məhz bir çox cəhətdən orada Donbasımızın taleyi həll olunur”, – deyə Zelenski bildirib.