Tanınmış ukraynalı hərbi jurnalist Aleksey Çubaşev müharibədə HƏLAK OLDU

12 Baxış

Tanınmış ukraynalı hərbi jurnalist Aleksey Çubaşev müharibədə həlak olub.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, jurnalistin hansı şəraitdə və hansı döyüş bölgəsində öldüyü hələlik məlum deyil.

Hərbi müxbirin ölümünü Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak da təsdiqləyib.

“Təəssüf ki, hərbi jurnalist, zabit Aleksey Çubaşev müharibədə həlak oldu. O, Ordu FM-nin və Ukrayna Hərbi Televiziyasının keçmiş rəhbəri kimi tanınan “Recruit UA” proqramının müəllifi idi. Qəhrəmanlar ölmür”, – o yazıb.

 

Qeyd edək ki, Aleksey Çubaşev 2015-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Televiziya və Radio Studiyasında xidmətə başlayıb, Ukraynada ilk hərbi realiti-şousu olan “RekrutUA”nın müəllifi və aparıcısı olub. Ukrayna Silahlı Qüvvələrindən ayrıldıqdan sonra öz layihələrini hazırlayıb. Rusiya Ukraynaya hücumundan sonra o, silahlı qüvvələrin sıralarına qayıdıb.

 

Alekseyin həyat yoldaşı, kiçik qızı və bu ilin martında dünyaya gələn oğlu var.