Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukraynada müharibə bu tarixdə bitəcək – Ekspert

95 Baxış

Rusiya Federasiyası ilə müharibədə Ukraynanın məğlubiyyətindən danışa bilmərik, çünki ukraynalılar kölə xalq deyillər, onlar heç vaxt bir daha Rusiyanın boyunduruğu altında olmağa razı olmayacaqlar. Ona görə də məğlubiyyət variantını müzakirə etməyə belə dəyməz.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri diplomat, Rusiya Araşdırmaları Mərkəzinin rəhbəri, Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko deyib.

“Söhbət yalnız Ukraynanın qələbəsinin vaxtından gedir və o, Ukrayna Silahlı Qüvvələrinin nə qədər tez silah almasından və Rusiya iqtisadiyyatının nə qədər tez Putin rejimini qidalandırmaq iqtidarında olmamasından asılıdır. NATO Baş katibi Stoltenberqin sözlərindən fərqli olaraq, Ukraynada müharibə illər boyu uzanmayacaq.

NATO-ya Boris Conson kimi bir adam rəhbərlik etməlidir – qətiyyətli, irəliyə baxan və dünənki səhvi təkrarlamayan. Ona görə də Stoltenberqi rahat buraxmaq daha yaxşıdır, qoy nə istəyir desin. Ukraynada müharibə illər boyu uzanmayacaq”, – Oqrızko bildirib.

Diplomat Rusiyanın müharibə üçün kifayət qədər resursunun olmamasının bir neçə səbəbini dilə gətirib:

“Əgər gələn ilin əvvəlində Qərb Rusiya neftindən tamamilə imtina etsə, sanksiyalar tətbiq olunmaqda davam etsə, o zaman Rusiyanın ordusunu qidalandıracaq heç bir şeyi olmayacaq. Rusiya iqtisadiyyatı artıq dayandırılır: hərbi sənaye kompleksinin bir çox müəssisəsi fəaliyyət göstərmir, tank istehsalı zavodu, avtomobil, təyyarə sənayesi dayanır.

Rusiya, fikrimcə, ən çoxu altı ay balansı saxlaya biləcək. Bundan təxmini nəticə çıxara bilərik ki, bu müharibə nə qədər davam edəcək”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678