Ruslar bu istiqamətdə geri çəkilməyə məcbur edildi

21 Baxış

Xarkov istiqamətində Rusiya qüvvələri itki verərək geri çəkilməyə məcbur edilib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ruslar taktiki vəziyyəti yaxşılaşdırmaq üçün Udı, Petrovka və Qusarovka yaşayış məntəqələri ərazilərində hücum əməliyyatları həyata keçiriblər”, – məlumatda qeyd olunub.

Bildirilir ki, ruslar Xarkovda pilotsuz uçuş aparatları ilə fəal şəkildə hava kəşfiyyatı aparıb. Həmçinin, həmin istiqamətdə fəaliyyət göstərən bölmələr maddi-texniki təminatı yaxşılaşdırmaq üçün ciddi səylər göstərir.