Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya hərbi komandanlığı Xersondan QAÇIR – Regional şura

106 Baxış

Rusiya hərbi komandanlığı Xersondan qaçır.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə məlumat telemarafonunun efirində Xerson vilayət şurası sədrinin birinci müavini Yuri Sobolevski bildirib. O, hesab edir ki, indi rus işğalçılarının əhval-ruhiyyəsi çox pisdir.

Xerson vilayət şurası sədrinin birinci müavininin sözlərinə görə, rus işğalçıları artıq başa düşürlər ki, onların regionla bağlı planları baş tutmayacaq.

Rus işğalçılarının hərbi komandanlığının çoxu artıq Xersonu tərk edib.

Bölgədəki əməliyyat vəziyyətini şərh edən Sobolevski deyib:

“Mən bunu təsdiq edə bilərəm. Həqiqətən də, bu gün ruslar gedir. Xerson yaxınlığında yerləşən hərbi qruplaşmanı təmin etmək üçün onların hərbi ehtiyaclarını dəqiq ödəyə biləcək tək bir logistik marşrut yoxdur”.

O, həmçinin təsdiq edib ki, bütün bu arteriyalar hazırda Ukrayna Silahlı Qüvvələrinin tam atəş nəzarəti altındadır.

“Görünür, bu, Rusiya hərbi komandanlığının həqiqətən də Xersonu tərk etməsinin əsaslı səbəbi olub. Onların əksəriyyəti artıq Xersonu tərk edib, bu barədə məlumat var”, – deyə Sobolevski bildirib.

O əlavə edib ki, Antonovski körpüsü rus işğalçılarının onu təmir etmək cəhdlərinə baxmayaraq, hazırda elə bir vəziyyətdədir ki, hətta piyada keçid kimi də böyük risk olmadan istifadə etmək olmaz.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678