Şoyqu “Xəncər”dən danışdı: Mükəmməl işləyir…

18 Baxış

Rusiya ordusu “xüsusi hərbi əməliyyat” zamanı ən son silahlardan – Su-57 təyyarəsindən və “Xəncər” (“Kinjal”) hipersəs raketindən istifadə edib. “Xəncər”dən üç dəfə istifadə edilib və əla performans göstərib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

” Su-57 müxtəlif hava hücumundan müdafiə sistemlərinə malikdir, onun raketlərdən müdafiəsi var. Və ən əsası, çox güclü silahları var. Sınaqdan keçirdik, bu silah mükəmməl işləyir”, – Şoyqu bildirib.

Onun sözlərinə görə, “xüsusi əməliyyat” zamanı demək olar ki, 10 səs sürətinə çatan “Xəncər” hipersəs raketindən də istifadə edilib:

“Raket həm şaquli, həm də üfüqi müstəvilərdə trayektoriyasını dəyişir, ona görə də onu zərərsizləşdirmək faktiki olaraq mümkün deyil”.