Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezidentin köməkçisindən ermənilərin Kəlbəcərdə törətdiyi barbarlıqlarla bağlı AÇIQLAMA

105 Baxış

“Kəlbəcər rayonunda qanunsuz yerləşdirilən vətəndaşlar oradan çıxarılmalıdır”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Kəlbəcəri tərk edən ermənilər mülki obyektləri yandırır:

“Barbarlıq faktları var. Onlar ətraf mühitə və obyektlərə zərər vuraraq oradan çıxırlar. Təbii ki, ekoloji terror əməllərinin də qarşısı alınmalıdır. Ərazidə bəzi tikililər var ki, bu da qeyri-qanunu xarakter daşıyır”.

“Həmçinin, maddi mədəniyyət abidələrinə də zərərlər vurulur. Ağdam rayonunda da qanunsuz arxeoloji qazıntılar aparırlar. Əldə olunmuş əşyaların qablaşdırılaraq, Ermənistana aparılması ilə bağlı da faktlar vardır. Mülki obyektlərin qorunması ilə bağlı beynəlxalq konvensiyaların pozulması faktları müşahidə olunur”, – deyə H.Hacıyev qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678