Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağla əlaqəli bəyanatın imzalanmasına hazırlıq mərhələsinin görüntüləri – VİDEO

129 Baxış

Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatın imzalamağa hazırlıq mərhələsinin götüntüləri

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan tərəfindən Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatın imzalanmasının hazırlıq görüntüləri yayılıb.

“Rossiya 1” telekanalı noyabrın 10-da bağlanılan müqavilənin hazırlıq mərhələsindən görüntüləri yayımlayıb.

Kadrlarda Vladimir Putinin bəyanatın imzalanması üçün hazırlıqların aparıldığı ofisindən görüntülər qeyd edilir.

Videoreportajda telekörpüyə hazırlıq mərhələsinin görüntüləri əks etdirilir, prezidentlərin telekonfransla əlaqəsinin sinxronizasiyası barədə ətraflı məlumat verilir.

Ermənistan Baş naziri Nikol Paşinyanın telekonfransa qoşulmaması və imzasını ekrandan kənarda qoymaq qərarına gəlməsi xüsusilə vurğulanır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678