Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kəlbəcərin təhvili uzadıldı: Ağdamın birinci qaytarılmasına gətirib çıxaran SƏBƏBLƏR – VİDEO

126 Baxış

Bilindiyi kimi, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında imzalanmış Bəyanata əsasən, işğal altında olan üç rayonun Azərbaycana təhvil verilməsi nəzərdə tutulur.

İlkin anlaşmaya görə, Kəlbəcər rayonu noyabrın 15-dək, Ağdam rayonu noyabrın 20-dək və Laçın rayonu dekabrın 1-dək təhvil verilməli idi.

Artıq xarici media orqanlarının yaydığı videogörüntülərdən də bəlli idi ki, Kəlbəcərdə qeyri-qanuni məskunlaşmış erməni əhalisi artıq köçməyə başlayıb. Bu üzdən bu gün Azərbaycan ictimaiyyəti Kəlbəcərin hərbçilərimiz tərəfindən tam nəzarətə alınacağı gözləyirdi.

Ermənilərin Rusiya vasitəsilə Azərbaycandan xahişi

Lakin bu gün Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə Kəlbəcər rayonunun təhvil verilməsi prosesinin 10 gün sonraya – noyabrın 25-nə keçirildiyini açıqladı:

“Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün noyabrın 25-nə kimi vaxt istəyib. Kəlbəcər rayonu coğrafi baxımdan böyük bir ərazini əhatə edir. Onların gedəcəyi yol Kəlbəcər-Zod-Vardenis yoludur. Ərazinin coğrafiyası və relyefi də çətindir. Yolda sıxlıq əsaslı şəkildə artıb… Kəlbəcərdə yerləşdirilən mülki əhalinin çıxması ilə bağlı Azərbaycan humanist addım atıb və noyabrın 25-dək onlar ərazini tərk edəcəklər”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678