İsrail Hələb Beynəlxalq Hava Limanına zərbələr endirib

27 Baxış

İsrail ordusu Suriyanın Hələb Beynəlxalq Hava Limanının uçuş-enmə zolağına raket zərbələri endirib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

“İsrail təxminən saat 20:16-da Aralıq dənizindən Latakiyanın qərbində, Hələb Beynəlxalq Hava Limanına çoxlu raket zərbəsi endirib, nəticədə hava limanının uçuş-enmə zolağı yararsız hala düşüb”, – deyə Suriya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, daha əvvəl Suriya dövlət televiziyası Hələb Hava Limanının İsrail tərəfindən atəşə tutulması barədə məlumat vermişdi.

SANA agentliyinin məlumatına görə, Suriyanın hava hücumundan müdafiə sistemləri İsrailin bir neçə raketini vurub.