Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zaporojyadakı partlayışda bu obyektlərə ziyan dəydi

77 Baxış

Bu gün Kiyevin nəzarətində olan Zaporojya Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Starux kritik infrastruktur obyektinə ziyan dəydiyini açıqlayıb.

Turanmedia.az-ın məlumatına görə, “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov məlumat verib.

“Hazırda partlayışın baş vermə şəraitini və onun nəticələrini araşdırırıq, lakin deyə bilərik ki, böyük tüstü qatı qalxıb və partlayış səsi bütün şəhərdə eşidilib”, – deyə Roqov bildirib.

Qeyd edək ki, bölgə əhalisinin az qala yarısının yaşadığı Zaporojya Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. Kiyev Zaporojya vilayətinin 73%-nə nəzarəti itirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678