Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Nə qədər mövqe itirdiyimizi dəqiq deyə bilmərəm – 50, 60 və ya 70″ – Ermənistanın Baş Qərargah rəisi

76 Baxış

“Nə qədər mövqe itirdiyimizi dəqiq deyə bilmərəm – 50, 60 və ya 70 mövqe”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan deyib. O, mövqe itkiləri ilə bağlı açıqlamaları ilə erməniləri məyus edib.

Asoyan dünən keçirdiyi brifinqdə bildirib ki, atəşkəs rejiminin pozulması əsasən şərq sektorunda – Kutakan, Kaxakan, həmçinin Sotk və Cermuk yaşayış məntəqələri istiqamətində qeydə alınır.

Mövqe itkilərinə gəlincə, o, sentyabr ayında Ermənistan tərəfinin ciddi itkilərinin olduğunu təsdiqləyib.

“Nerkin And sektorunda, Cermuk, İşxanasar, Kutakan istiqamətində mövqe itkilərimiz oldu”,- Asryan deyib.

Jurnalistlərin erməni tərəfinin konkret neçə mövqe itirməsi ilə bağlı sualına Asryan cavab verib ki, taqım dayağı, rota qalası və s. mövqelərimiz var ki, bunlar müxtəlif əhəmiyyətli müdafiə strukturlarıdır.

“Nə qədər itirdiyimizə konkret cavab verə bilmərəm – 50, 60 və ya 70 mövqe. Müvafiq rəqəmləri təqdim edən şəxslərin nə demək istədiyini mən də şərh edə bilmirəm”, – deyə o bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678