Bu müharibə XXI əsrin taleyini həll edəcək

59 Baxış

Ukraynadakı müharibənin nəticəsi bütün dünyanın təhlükəsizliyi üçün həlledici olacaq.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Pentaqon rəhbəri Lloyd Ostin çıxış edib.

“Ukraynadakı müharibənin nəticəsi bu əsrdə qlobal təhlükəsizliyin istiqamətini təyin etməyə kömək edəcək”, – Ostin bildirib.

Eyni zamanda o söyləyib ki, Şimali Atlantika Alyansı Rusiya ilə qarşıdurmaya can atmayan müdafiə ittifaqıdır:

“Biz müharibədə iştirak etməyəcəyik, amma Ukraynanı dəstəkləyəcəyik”.

Pentaqon rəhbəri ABŞ-ın NATO ərazisinin hər qarışını müdafiə edəcəyini və Alyansın müdafiəsini gücləndirəcəyini qeyd edib.