Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyalı ekspert: “Qarabağın bərpası Azərbaycan iqtisadiyyatının inkişafı üçün ciddi stimul olacaq” – MÜSAHİBƏ

175 Baxış

Qarabağda müharibə davam edir. Bir neçə rayon, 200-dən çox yaşayış məntəqəsi azad edilib, bəzilərində artıq yenidənqurma işləri başlayıb. Məsələn, Tərtər bölgəsinin Suqovuşan və Talış kəndlərində 29 kilometr uzunluğunda magistral yolların yenidən qurulması işləri davam etdirilir. Hətta İİR Prezidentinin xüsusi elçisi Abbas Əraqçı İran şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində aparılacaq bərpa işlərinə böyük maraq göstərdiyini vurğulayıb.

Rusiyalı ekspert, “Alpari” İnformasiya Analitika Mərkəzinin rəhbəri, iqtisad elmləri namizədi Aleksandr Razuvayev Media.Az-a verdiyi müsahibəsində Dağlıq Qarabağın bərpasının iqtisadiyyatın inkişafı üçün ciddi bir stimul olacağını qeyd edib:

“İnşaat – sifarişlər, iş yerləri, inşaat şirkətlərinin səhmdarlarına verilən dividentlər… Müharibədən sonra bərpa olan bütün ölkələrdə iqtisadi böyümə müşahidə edilib. Bu, məsələn, İkinci Dünya müharibəsindən sonra Qərbi Avropaya aiddir. Buradakı istisna, ehtimal ki, Serbiyadır (NATO-nun 1999-cu ildəki bombardımanından sonra). Ancaq Serbiyanın sanksiyalar altında olduğunu və bu ölkənin iqtisadiyyatını bərpa etmək üçün vəsaiti olmadığını anlamalıyıq. İndiyə qədər oradakı bir çox sənaye və nəqliyyat obyekti dağılmış vəziyyətdədir”, – deyə A.Razuvayev vurğulayıb.

– Azərbaycanın azad edilmiş ərazilərinin bərpası şərtləri barədə nə deyə bilərsiniz?

– Müasir texnologiyaları nəzərə alsaq hər şeyin kifayət qədər tez baş verəcəyini demək olar. Təsəvvür edin: Rusiya Çeçenistanı iki-üç ilə bərpa etdi, halbuki oradakı hər şey məhv edilmiş vəziyyətdə idi. İndi isə çox gözəl bir respublikaya çevrilib. Bəli, federal büdcədən çox pul yatırıldı, Çeçenistan biznesi kömək etdi, Yaxın Şərqdən investisiyalar var idi. Bütün bunlar tez bir zamanda həyata keçirilir. Bu cür işlər Azərbaycan iqtisadiyyatının pandemiyanın yaratdığı tənəzzüldən qurtulmasına kömək edəcək.

– Çeçenistan haqqında danışanda xarici investorlardan bəhs etdiniz. İran bir neçə dəfə müxtəlif səviyyələrdə Azərbaycanda bərpa işlərində iştirak etməkdə maraqlı olduğunu bildirib…

– İrana gəlincə, Co Baydenin ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə sanksiyaların İrandan götürüləcəyini və ya ciddi yumşalmanın baş verəcəyini gözləyirəm. Bu, vacibdir. Bundan əlavə, İran regional gücdür, on milyonlarla azərbaycanlı orada yaşayır. Buna görə, Tehranın marağı başa düşüləndir. İran sanksiyaların yüngülləşdirilməsindən sonra qanuni şəkildə neftini sata bilsə, ölkənin (investisiyalar üçün – red.) pulu olacaq.

Ancaq düşünürəm ki, investisiyalar yalnız İran tərəfindən olmayacaq. Qarabağın bərpası işində siyasi risklər azdır, çünki bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Əminəm ki, bunda İsrail, Rusiya, Qazaxıstan, Türkiyə və başqaları iştirak edəcək. Xarici investisiyalarla bağlı heç bir problem olmayacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678