Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hərbi ekspert: “Ermənilər Ermənistanda çinliləri istəyir? Bəlkə Marslıları da çağıraq?!”

160 Baxış

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı erməni mütəxəssislər üçün qıcıqlandırıcı olmağa davam edir. KTMT Ermənistan-Azərbaycan sərhədindəki böhranı siyasi və diplomatik yollarla həll etməyə çağırdı.

Ermənistanın XİN vəzifəsini icra edən Ara Ayvazyan KTMT-nin “Bakının hərəkətlərinə” adekvat cavab göstərmədiyini və bunun eskalasiyaya səbəb olacağını bildirib.

Bir müddət əvvəl Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko, “KTMT-nin qapıları bütün ölkələr üçün, o cümlədən Azərbaycan üçün həmişə açıq olmadır” deməsi Ermənistanda və hətta Rusiyadakı ermənipərəst dairələrdə qəzəb dalğasına səbəb olub. Onların arasında Rusiyanın “Realist” xəbər agentliyinin baş redaktoru Sarkis Tsaturyan xüsusi fərqlənib, hansı ki, “planetin ən həyasız və təxribatçı diplomatik xidməti adı uğrunda dünya müsabiqəsi keçirilsəydi, Rudenkonu və himayədarı Sergey Lavrovu ən yüksək xatirə işarəsi ilə təltif edərdim”, – deyib.

Tsaturyan onu da bildirib ki, ermənilərin Sünikdə (Zəngəzur) Çin bazasına ehtiyacı var və nə qədər tez olsa, o qədər yaxşıdır.

Rusiyalı hərbi ekspert, publisist, İzborsk klubunun daimi üzvü Vladislav Şurıqin Caliber.Az-a verdiyi müsahibəsində “erməni fobiyalarına ciddi yanaşmaq tamamilə mənasız bir işdir, hər gün çoxalırlar, buna görə analitiklərdən və politoloqlardan daha çox onlara həkim tələb olunur”, – deyə vurğulayıb.

“Əlbətdə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tamamilə açıqdır və xüsusilə keçmiş SSRİ-dən olan hər bir ölkənin KTMT-yə üzv olmaq hüququ var. Bu vəziyyətdə Ermənistanın mövqeyi həlledici olmayacaq. Əsas olan təşkilata qoşulmağa hazırlaşan ölkənin və KTMT-nin öz maraqlarıdır”, – deyə V.Şurıqin əlavə edib.

Müsahib ermənipərəst qüvvələrin reaksiyasına gəldikdə isə bunun heç bir əhəmiyyəti olmadığını deyib:

“Ermənistan ərazisində Çin bazasının yerləşdirilməsi təklifi şizofreniya iyi verir. Bəlkə Marslıları çağırıb Mars bazası yerləşdirməyi təklif edək?”, – deyə o, əlavə edib.

“Əslində, məsələ sadədir – Çinin Ermənistan ərazisində nəyə ehtiyacı var? Rusiyanın nəyə ehtiyacı olduğu aydındır. Yeri gəlmişkən, məhz Rusiyanın varlığı Ermənistanın bu şəkildə salamat qalmasına səbəb oldu. Əgər bu erməni şərhçilər həqiqətən Çini Rusiya ilə qarşı-qarşıya qoymaq istəyirlərsə, onda bu alınmayacaq. Əgər Moskva “Çin və ya Ermənistan?” seçimi ilə qarşılaşırsa, o zaman seçimin Ermənistanın xeyrinə olacağına əmin deyiləm”, – deyə Vladislav Şurıqin sözlərini yekunlaşdırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678