Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bioloji Təbabət klinikası -DİQQƏT!

279 Baxış

Turanmedia.az-ın təsisçisi Fəridə xanımın Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubovla maraqlı müsahibəsini təqdim edirik:

Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubovla maraqlı müsahibəmiz oldu. Müsahibə zamanı, 2009-cu ildə əsası qoyulan klinikanın fərqli xidmətlərindən və ikinci vətən müharibəsi dövründə bütün heyətin əməyindən danışdıq. İslam tarixi boyunca xeyriyyəçilik ənənəsi ən mühüm fəaliyyət istiqamətlərindən biri olmuşdur. Bəli xeyriyyəçilik! Xeyriyyəçiliyin əsas qollarından biri də dini ibadət ocaqlarının – məscidlərin tikintisi və təmiridir.
Əslən Azərbaycanın Göycay rayonundan olan xeyriyyəçi E.Yaqubovun elə doğulub boya başa çatdığı kəntdə məscid tikdirmiş və kənd camaatının xeyir-şər məclislərini layiqli və səliqəli şəkildə həyata keçirməsinə səbəb olub.
Ölkəmizə yeni təbabət gətirmiş Elxan Yaqubovun rəhbəri olduğu Bioloji Təbabət Klinikası bu gün insanların ən çox müraciət etdiyi özəl tibb müəssisəsindən biridir. Klinika Azərbaycanda yeganə tibb müəssisəsidir ki, bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla müalicə aparılması sahəsində ixtisaslaşıb və kimyəvi dərmanları, o cümlədən antibiotikləri tam istisna edib. Klinika dünya standartlarına cavab verən ən yeni tibb avadanlıqları ilə təchiz olunub. Burada çalışan həkimlər öz ixtisaslarını artırmaq üçün Almaniyada kurslarda olurlar. Almaniya həkimləri də müntəzəm olaraq Azərbaycana gələrək, yerli həkimlər üçün elmi seminar və treninqlər təşkil edir, onlara mühazirələr oxuyur, xəstə qəbulunu həyata keçirirlər.
Onuda qeyd edim ki, Bioloji Təbabət Klinikası müəyyən bölgələrimizdə də fəaliyyət göstərir.
Elxan bəy əlavə olaraq onuda qeyd etdi ki, on beş ildir ki, biz Azərbaycanın bütün rayonlarında həkimlər üçün bioloji təbabətlə bağlı məlumatlandırıcı seminarlar keçirir – Göyçay, Bərdə, Masallı rayonlarinda və eləcədə Gəncə və Naxçıvan şəhərlərində və s. Bakıya gəlməyə imkanları olmayan həkimlərə o bölgələrdə dəfələrlə Almaniyadan olan mütəxəssislərlə geniş seminarlar, mərhələli kurslar keçirməklə onlara bioloji təbabətin incəliklərini öyrətməyə başlamışıq. Sonra belə qərara gəldik ki, regionlarda klinikamızın filiallarını açaq. Beləliklə, Göyçay və Sumqayıtda filiallar açdıq. Bu gün orada yüksək ixtisaslı həkimlər işləyir. İndi şimal bölgəsinin əhalisi Sumqayıt filialında müalicə olunur. Göyçaya yaxın olan Qarabağ bölgəsi və qonşu rayonların əhalisi orada müalicə alır. Artıq Masallı filialını açmaqla respublikamızın Cənub bölgəsi və qonşu İran İslam Respublikası da bu filialdan lazım olan kimi yararlanacaqlar. İnanıram ki, insanlarımız bizim həkimlərdən çox razı qalacaqlar. Bundan sonra daha heç kim böyük pul xərcləməklə müayinə və müalicə olunmaq üçün İrana getməyəcək. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678