Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şahbuz sakinləri: “Siyavuş Novruzovu ancaq efirdə görmüşük” – VİDEO

78 Baxış

Şahbuz rayon sakinləri deputat Siyavuş Novruzovdan narazıdır.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, tanınmış jurnalistlər Aygün Muradxanlı və Tural Səfərov Naxçıvana səfərləri zamanı Şahbuz rayonunda olub, Kolanı kəndində sakinlərlə söhbətləşiblər. Jurnalistlər 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputat seçilən Siyavuş Novruzovun seçicilərlə görüşlər keçirib-keçirmədiyini soruşublar. Kənd sakinləri millət vəkilini ancaq televiziyada, sosial şəbəkələrdə gördüklərini, onun kəndə gəlmədiyini, əhali ilə görüşmədiyini bildiriblər.

Kolanı kəndindən hazırlanmış videomaterialı təqdim edirik.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678