Hikmət Hacıyev İsrail XİN-in yüksək səviyyəli rəsmilərini qəbul edib

6 Baxış

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Noun və XİN-in Baş direktorunun müavini, strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarkanı qəbul edib.

Turanmedia.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “Twitter” hesabında məlumat verib.

“Nobel Qardaşlarının Ev-Muzeyində Aliza Bin Noun və Coşua Zarkanı salamlamağa və ölkələrimiz arasında ikitərəfli tərəfdaşlıq, qarşılıqlı maraq doğuran regional məsələlər barədə geniş müzakirə aparmağa şadam. Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığımızı daha da gücləndirəcək”, – Hikmət Hacıyev qeyd edib.

Görüşdə Azərbaycanın İsrailə təyin etdiyi səfir Muxtar Məmmədov da iştirak edib.