Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Uzun müddət suveren Azərbaycanın bir hissəsi olacaqsınız” – BBC-dən Vardanyana TƏRS SİLLƏ

59 Baxış

“Uzun müddət suveren Azərbaycanın bir hissəsi olacaqsınız”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Qarabağın qondarma “dövlət naziri” Ruben Vardanyan BBC-yə müsahibə verib.

HARDtalk-ın jurnalisti və aparıcısı Stiven Sakur qaçaq rusiyalı oliqarxa bildirib ki, separatçıların iki yolu var: ya Bakının şərtlərini qəbul etsinlər, ya da qaçsınlar.

“Mən baş verənlər haqqında danışmağa çox maraqlıyam. Ancaq baş verənlər böyük mənzərənin bir hissəsidir. Ermənistan və Azərbaycan arasında bu ərazi ilə bağlı münaqişə uzun onilliklərdir ki, davam edir.

2020-ci ildə isə Azərbaycan Qarabağda böyük hərbi qələbə qazana bildi. 2020-ci ilə qədər nəzarət etdiyiniz ərazinin üçdə ikisindən çoxunu itirmisiniz. İndi siz çox kiçik bir anklavı idarə edirsiniz…

Mənə elə gəlir ki, indi sizin üçün yeganə real çıxış yolu ya Azərbaycanla siyasi razılaşma əldə etməkdir. Ya da Qarabağın erməni icmasının belə yaşamaq mümkün olmadığına qərar verməlidir. Siz nəyi seçəcəksiniz – siyasi sövdələşməni, yoxsa Qarabağdan köçməyi?

Blokada götürülsə belə, sualım aktual olaraq qalır. Sizin icma uzun müddətdə orada necə yaşaya biləcək? Hətta İrəvandakı siyasi rəhbərlik də bunun ərazi mübahisəsi olmadığını deyir. Onlar (İrəvan – red.) Qarabağa iddia etmirlər və müstəqilliyi tanımağa can atmırlar.

İrəvanda deyirlər ki, bu, sadəcə, hüquqi məsələdir. Bu, erməni icmasının hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsidir… Uzunmüddətli perspektiv ondan ibarətdir ki, siz suveren Azərbaycanın bir hissəsi olacaqsınız. Qəbul edirsinizmi?!”, – deyə Sakur soruşub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678