“Zəlzələdə dağılan binalara görə 134 nəfər məsuliyyətə cəlb olunub”
72 Baxış
Türkiyənin Kahramanmaraş şəhərində fevralın 6-da baş verən zəlzələ nəticəsində dağıntıya məruz qalan binalarla bağlı 134 nəfər məsuliyyətə əlb olunub, 3 nəfər həbs edilib.
Turanmedia.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
Nazir onu da qeyd edib ki, zəlzələ bölgəsində baş verən soyğunçuluq və oğurluqla bağlı da 75 hadisədə 64 şübhəli barəsində cinayət işi açılıb, onlardan 57-si həbs edilib, 7 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib.
“Həmçinin oğurluq və soyğunçuluq cinayətlərinə görə 24 saat olan həbs müddəti 4 gün olaraq tətbiq olunacaq”,- Bozdağ əlavə edib.