Suriyada zəlzələdə ölənlərin sayı açıqlandı
105 Baxış
Suriyada zəlzələ nəticəsində 8500 insan həlak olub.
Turanmedia.az-ın məlumatına görə, TNS TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional direktoru Rik Brennan deyib.
“Hələlik dəqiq rəqəmlər söyləmək çətindir, çünki hər gün artır. Bizdə olan məlumata görə, Suriya hakimiyyətinin nəzarətindəki bölgələrdə 4 min insan ölüb, 2500 insan yaralanıb. Suriyanın şimal-qərbində isə təxminən 4500 insan həlak olub, 7500-ü isə yaralanıb”, – deyə R.Brennan bildirib.