“Dost dar gündə tanınar” – Çavuşoğlu
90 Baxış
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsində baş verən zəlzələdə Türkiyəyə yardım göndərən ölkələrin rəsmi dillərində onlara təşəkkür edib.
Turanmedia.az xəbər verir ki, Mövlud Çavuşoğlu sosial media hesabında Türkiyəyə yardıma gələn bütün ölkələrdən axtarış-xilasetmə qruplarının görüntülərini paylaşaraq onlara öz dilində təşəkkür edib.
“Dost dar gündə tanınar. Çətin günlərdən keçirik, amma bütün dünyadan gördüyümüz bu sevgi və həmrəylik millətimizə böyük güc verir. Var olsunlar” ,- deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyəyə göndərilən humanitar yardımlar davam etməkdədir.