Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident: “Azərbaycan Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyi ilə bağlı müzakirələrə hazırdır”

57 Baxış

“Eyni zamanda, bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyi ilə bağlı müzakirələr olacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş, həyatı boyunca Qarabağda yaşamış nümayəndələri ilə, Qarabağda rəhbər vəzifə tutmaq üçün Rusiyadan ixrac edilmiş şəxslə deyil. Ola bilsin “ixrac edilib” sözü düzgün deyil, ehtimal ki, mən “qaçırılıb” deməli idim. Azərbaycan Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyi ilə bağlı müzakirələrə hazırdır”.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, bu müzakirələr Rusiyadan ixrac edilmiş şəxslə deyil, erməni icmasının yalnız Qarabağda doğulmuş və həyatı boyunca orada yaşamış nümayəndələri ilə aparıla bilər:

“Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarımızla kommunikasiyamızda – eləcə də Baş nazir Paşinyanla Dövlət katibi Blinken tərəfindən təşkil edilmiş bugünki üçtərəfli görüşdə də – bizim ümumi anlayışımız var ki, regiondakı vəziyyətlə bağlı iki xətli yanaşma olmalıdır: birinci: Azərbaycan-Ermənistan sülh danışıqları xətti, ikinci: Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə kommunikasiyası. Sadəcə diqqətinizə çatdırmaq istəyirəm ki, Dağlıq (Naqorno-red.) Qarabağ sözü artıq keçərli deyil, bu, (Naqorno-red.) rus sözüdür. Azərbaycanda bu cür inzibati vahid yoxdur. Ona görə də tərəfdaşlarımızdan Azərbaycanın suverenliyi və Konstitusiyasına hörmət etmələrini istəyirəm. Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsi var. Beləliklə, bu ikixətli həll əslində bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə kommunikasiyamız kimi daxili işlərimizdən ayırır. Eyni zamanda, bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyi ilə bağlı müzakirələr olacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş, həyatı boyunca Qarabağda yaşamış nümayəndələri ilə, Qarabağda rəhbər vəzifə tutmaq üçün Rusiyadan ixrac edilmiş şəxslə deyil. Ola bilsin “ixrac edilib” sözü düzgün deyil, ehtimal ki, mən “qaçırılıb” deməli idim. Çünki heç kim onun Qarabağda necə ortaya çıxdığını və onun İrəvana geri qayıtmağı, Moskvaya dönməyi yenidən İrəvana qayıtmağı və Qarabağa dönməyi necə cəhd etdiyini və bacardığını bilmir. Yalnız bu fakt blokadanın olmadığını nümayiş etdirir.

Blokadanın olmamasını nümayiş etdirən ikinci fakt budur ki, bizim vətəndaş cəmiyyətindən olan aktivistlərimiz yoxlanış məntəqəsinə gəldikləri 12 dekabrdan bu günədək rusiyalı sülhməramlıların yük maşınları və Qızıl Xaçın nümayəndələri də daxil olmaqla 2500-dən çox maşın keçib. Qarabağdan təxminən 100 xəstə Qızıl Xaç tərəfindən müalicə üçün Ermənistana aparılıb. Beləliklə, əgər orada açıq yol varsa, biz bunu necə blokada adlandıra bilərik? Əgər Qarabağdakı ermənilər bu yolu istifadə etməyə cəhd etsələr, əminəm ki, heç kim onları dayandırmayacaq”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678