Paşinyan Xəzər TV-nin mikrofonunu görüb diskindi və suala cavab verməkdən imtina etdi – VİDEO
81 Baxış
Xəbər verdiyimiz kimi, fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.
Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu görüşdən sonra “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas olub.
“Xəzər Xəbər”in şef-redaktoru Nəcəf Həsənov Paşinyana plenar iclasa gələrkən sual ünvanlayıb, üçtərəfli görüşün nəticəsini necə dəyərləndirdiyini soruşub. Sualı dinləyən Paşinyan isə Xəzər TV-nin mikrafonunu görüb diskinib, suala cavab verməkdən imtina edərək plenar iclasın keçiriləcəyi zala tərəf hərəkət edib.
Həmin görüntüləri təqdim edirik: