Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident Fərqan Novruzova yeni vəzifə verdi

62 Baxış

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Fərqan Novruzov Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin olunub.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, Fərqan Novruzov bu təyinatadək Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, o, 2009-cu ildə Bakı Dövlət Universitetini bitirib. 2011-ci ildə Fransanın Strasburq Universitetinin siyasi elmlər ixtisasına yiyələnib, 2012-ci ildə isə həmin universitetin hüquq ixtisası üzrə magistr dərəcəsini alıb. 2017-2020-ci illərdə Azərbaycan Beynəlxalq Bankının hüquq departamentinin direktoru olub. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678