Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qüdrət Həsənquliyev: “Hökuməti daha ciddi islahatlara çağırıram”

46 Baxış

Azərbaycan iqtisadiyyatında çalışanların çox hissəsi dövlət sektorundadır. Dövlət sektorunda çalışanlar özəl sektorda çalışanlardan xeyli az əmək haqqı alırlar.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

“Niyə özəlləşdirilmə aparılmır ki, insanlar özəl yerlərdə çalışıb daha yüksək əmək haqqı alsınlar. Hökumətin hesabatında o da yoxdur ki, dövlət müəssisələri nə qədər vergi ödəyirlər. Bununla bağlı hökumətin hesabatında heç bir məlumat yoxdur. Bu, dövlət müəssisələrini nə qədər səmərəli fəaliyyət göstərdiyini nümayiş etdirərdi.

Niyə Ümumdünya Ticarət Təşkilatına üzv olmuruq? Bütün qonşularımız bu təşkilata üzvdür, bu, hər dəfə uzadılır. Xarici banklar Azərbaycana buraxılmalıdır ki, sahibkarların banklara daha az faizlə çıxışı olsun. Azərbaycanda bazar iqtisadiyyatına keçməliyik. İqtisadiyyatın əsas sahəsi dövlətin nəzarətindədir. Hökumət hələ də dövlət səhmlərini satıldığı normal birja yarada bilməyib ki, insanlar həmin səhmləri almaqla pul qazansın, pul evlərdə saxlanılmasın. Hökuməti daha ciddi islahatlara çağırıram. Neftin qiyməti düşərsə, Azərbaycanı yeni devalvasiya və iqtisadi tənəzzül gözləyir”, – deyə Qüdrət Həsənquliyev bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678