Çavuşoğlu: “Can Azərbaycan Türk dünyasının gücünü göstərdi”

12 Baxış

“Can Azərbaycan hərbi əməliyyatlarla işğal altındakı torpaqlarını azad edib. Bununla da Türk dünyasının gücünü dünyaya göstərdi”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu qeyd edib ki, Türkiyənin də bütün sahələrdə gücü artır: “Amma təkcə Türkiyənin güclü olması kifayət etmir. Türk dünyasının güclü olması lazımdır. Türk dünyasını bir təşkilat altında topladıq. Türk dünyasının gücü, birliyi üçün daha səylə çalışacağıq”.